Ukrayna Rusiyanın iki şəhərini vurub | VİDEO

Ukrayna Rusiyanın iki şəhərini vurub     | VİDEO
  05 Noyabr 2025    Oxunub:455
Ukraynanın Pokrovsk və Mirnoqrad şəhərləri ətrafında yaranmış gərgin vəziyyət fonunda Kiyev Rusiya ərazilərinə hava hücumlarını intensivləşdirir.
AzVision.az Ukrayna Telegram-kanallarına istinadən xəbər verir ki, noyabrın 5-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Vladimir şəhərindəki “Vladimirskaya” yarımstansiyasına zərbələr endirib.

Bundan başqa, Oryol şəhərində istilik elektrik stansiyasında (İES) yanğın qeydə alınıb.
Bu obyektlər Moskva enerji klasterinin bir hissəsidir və zərbələr “Moskvanın Volqa Su elektrik stansiyalarında (SES) ehtiyat gücünü məhdudlaşdırmaq” məqsədi daşıyır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zərbələr  



Xəbər lenti